İspaniyanın "Mango" pərakəndə satış şirkəti Türkiyənin "Fiba Retail" maliyyə qrupunun nəzarəti altında Rusiyaya qayıdacaq.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, "Mango" mağazaları ilk olaraq onlayn satışa başlayacaq. Ardınca isə Moskvada fəaliyyətini yenidən bərpa edəcək.

Qeyd edək ki, 1999-cu ildən Rusiyada fəaliyyət göstərən "Mango" mağazalar şəbəkəsi Rusiya-Ukrayna müharibəsindən sonra fevralın 24-dən sonra brend Rusiyanı tərk etmək qərarına gəlib.

Mart ayından "Mango" Rusiyadakı onlayn satışlarını da dayandırıb. 

Həmçinin Rusiya bazarı ispan şirkəti üçün ən böyük beş bazardan biridir.

Aynurə Xudaverdiyeva