Dünyanın gözü İstanbuldakı taxıl dəhlizi müqaviləsinə çevrilib. Bəs taxılın daşınması necə baş tutacaq? İstanbulda yaradılacaq koordinasiya mərkəzi necə işləyəcək? Ərzaq qiymətlərində ucuzlaşma olacaqmı?

"Unikal" xəbər verir kii, Milli Müdafiə naziri Hulusi Akar CNN TÜRK-də bütün bu sualları cavablandırıb:

"Türkiyə “Taxıl daşınması sazişi”nə əsasən hərəkət edəcək ticarət gəmilərini İstanbul boğazlarına giriş və çıxış zaman yoxlayacaq. Bu, həm İstanbulda qurulacaq koordinasiya mərkəzinin vasitəsi ilə, həm də Türkiyənin suveren haqlarına əsasən həyata keçiriləcək".

Akarın sözlərinə görə, bu razılaşma dünyada cərəyan edən qida böhranının bitməsinə yardım edəcək.

Nazir ölkəsinin Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması üçün göstərdiyi səyləri də xatırladıb.