Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən taxıl daşınması müqaviləsinin imzalanma mərasimini rusiyalı milyarder Roman Abramoviç də izləyib.

"Unikal" xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyanın iştirakı və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin iştirakı ilə taxıl daşınması müqaviləsinin imzalanma mərasimində iştirak edib.

Beşiktaşdakı Dolmabahçe ofisində keçirilən imza mərasiminə rusiyalı milyarder Roman Abramoviç də qatılıb.

Rusiya nümayəndə heyəti ilə birlikdə mərasimin keçiriləcəyi yerdən sola gələn Abramoviç mərasimi izləyib.