Almaniyanın Volkswagen avtomobil konserninin idarə heyətinin rəhbəri Herbert Diess sentyabrın 1-də tutduğu vəzifədən istefa verəcək.

"Unikal" xəbər verir ki, bu barədə cümə günü  konsernin bəyanatına istinadən Handelsblatt qəzeti məlumat yayıb.

Onun yerini Porsche-nin bölmə rəhbəri Oliver Blume tutacaq.