Braziliya millisinin futbolçusu Neymar hazırda çıxış etdiyi Fransa PSJ-si ilə bağlı qərarını açıqlayıb
"Unikal" xəbər verir ki, 30 yaşlı hücumçu AFP-yə müsahibəsində Paris təmsilçisində qalmaq istədiyini bildirib.
Təcrübəli forvard komandadakı gələcəyi ilə bağlı ona heç nə deyilmədiyini vurğulayıb: "Mənə yeni baş məşqçinin planlarına daxil olmadığım barədə heç nə deyilməyib. Klubun nə istədiyini bilmirəm. Amma mən buradan ayrılmaq fikrində deyiləm".
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında keçib. Ulduz futbolçu ötən mövsüm 26 görüşdə 13 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.