Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
DİN-dən "Unikal"a verilən məlumata görə, Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü barəsində protokol tərtib olunub. Balahəsən Ağayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib. at pul olsa da o vəsaitlərdən istifadə edə bilmir.Çünki hər iki bank səbəbsiz yerə kartları bloklayıb.Banklara sorğu edib səbəbini soruşuram.Guya borcunuz var deyir və yoxlayırıq cavabı verirlər.Qaynar xətt nömrələrini yığıb şikayət edirəm ki mənim onlara heç bir borcum olmadığı halda niyə bloklayıblar.Biz sizə məlumat verə bilmərik araşdırıllr və tezliklə açılacaq söyləyirlər.Səbəbini izah edən yoxdur.