Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİH başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 27 iyul 2022-ci il tarixində Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbində keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən İcra başçısı bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq davam etdirildiyini bildirərək çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırılıb.
Qəbulda 22 nəfər sakin müraciət etmişdir ki, onlardan 12 nəfər sakinin müraciətinə yerində baxılaraq öz həllini tapıb, 10 nəfər sakinin müraciəti isə baxılması üçün nəzarətə götürülüb. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.