Bakıda avtomobil qadını vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.

Belə ki, Elnur Məmmədov idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə yolu keçmək istəyən piyada Əminə Mirzəyevanı vurub. Xəstəxanaya aparılan qadın orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.