Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.
43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.