"Qəbələ" komandası Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda yenidən önə keçib.

"Unikal" xəbər verir ki, 73-cü dəqiqədə yeni transfer Felipe Santos qapıçı ilə təkbətəkdən sonra fərqlənməyi bacarıb - 2:1.

***

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

34-cü dəqiqədə Rövlan Muradovun vurduğu qola 44-cü dəqiqədə Budu Zivzivadze cavab verib. 41-ci dəqiqədə isə "Fehervar"ın futbolçusu Loik Neqo penaltidən yararlana bilməyib.