ABŞ Polşanın Lask şəhərindəki aviabazaya altı ədəd beşinci nəsil "F-22 Raptor" qırıcı-bombardmançı təyyarəsini yerləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Daha altı ədəd "F-22"nin Avropaya gətirilməsi planlaşdırılır. Məlumatlara görə, onlar Yunanıstanın Krit adasındakı "Souda Bay" bazasına yerləşdirilə bilər.
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının fikrincə, bu döyüş təyyarələri "Baltikyanıdan Qara dənizə qədər NATO müttəfiqlərinin müdafisəini gücləndirəcək".
Qeyd edək ki, cari ilin aprel ayında ABŞ Dəniz Piyadaları Korpusunun "F/A-18C Hornet" qırıcı-bombardmançı təyyarələrinin eskadronu Polşanın Lask şəhərindəki aviabazaya gəlmişdi.
Ağarza Elçinoğlu