Azərbaycanda aparıcıya vəzifə verilib.

"Unikal" xəbər verir ki, Tural Orucov Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T.Orucov AzTV-də müxbir, aparıcı, baş redaktor müavini, baş redaktor, direktor müavini kimi çalışıb.