Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 35 müntəzəm marşrut xətti üzrə 72 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən (BNA) "Unikal"a verilən məlumata görə, tıxac və sıxlıq əsasən aşağıdakı küçə və prospektlərdə müşahidə edilir:
1. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 5-8 dəqiqədir.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 15-22 dəqiqə gecikmə müşahidə olunur
3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.
4. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-7 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqəyə gecikmə müşahidə olunur.