"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo klubdan ayrılmaq istədiyi tarixi açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının (APL) mövsümü başlamamış "Mançester Yunayted"dən ayrılmaq istəyir.
Futbolçu komandada qalsa, avqustun 7-də "Brayton"la çempionatın açılış matçını buraxacaq.
Qeyd olunur ki, hazırda "Atletiko" və "Napoli" ən çox transfer ehtimalı olaraq qalır.
Ağarza Elçinoğlu