Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsində “Ferensvaroş” səddini adlasa, “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə görüşəcək. Azərbaycan və Macarıstan çempionlarının duelində qalib gələn komanda ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 16-17-də və 23-24-də baş tutacaq.