Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət millisi V turda ilk məğlubiyyətini alıb.
"Unikal" xəbər verir ki, bunadək məğlubedilməz olan kişi yığması Kubaya uduzub.
Azərbaycan – Kuba 1,5:2,5
Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0
Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1
Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi turnir cədvəlində xeyli geriləyib. Komanda hazırda 7 xalla Yunanıstan, Macarıstan və Rumıniya ilə birgə 35-38-ci sıraları bölüşür.