Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
"Unikal" xəbər verir ki, bunu M.Çavuşoğlu Tvitter səhifəsində yazıb.
Tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna taxılının dünya bazarına ixracını müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.