Belarusda Ukrayna prezidentinin müşaviri Oleksiy Aretoviçin sosial şəbəkələrdəki nəşrləri respublika ərazisində ekstremist materiallar siyahısına daxil edilib.

"Unikal" xəbər verir ki, bu barədə Respublika İnformasiya Nazirliyinin rəsmi saytında məlumat verilib.

İdarədən verilən məlumata görə, bu qərarı Mogilev şəhərinin Leninski rayon məhkəməsi çıxarıb.

Departament həmçinin vurğulayıb ki, ukraynalı məsləhətçinin Instagram və Facebook-dakı (Meta*-ya məxsus), o cümlədən YouTube və Telegram-dakı rəsmi səhifələri ekstremist materiallar siyahısına salınıb.

Daha əvvəl bildirilmişdi ki, Belarus Baş Prokurorluğu Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri - Aleksey Arestoviçə qarşı cinayət işi açıb.