Rusiya-Ukrayna münaqişəsindən dolayı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi boru təminatı ilə bağlı çətinlik yaşayır.
"Unikal" xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.
Onun sözlərinə görə bu, bu, tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir.
“2022-ci ildə regionlardan 44 şəhər və rayonu, həmçinin Bakı şəhərinin 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış masivlərində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Hazırda 106 kənd və massivdə bu proqrama uyğun olaraq işlər gedir. Bunlardan 4 kənd və massiv təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində hal-hazırda qazlaşdırma işləri gedir. Yeddi yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb, texniki icra sənədlərinin hazırlanması prosesi gedir. Ola bilsin ki, 10 obyektin qazlaşdırılması gələn ilə keçirilsin. Bu onunla əlqədardır ki, Rusiya və Ukrayna dövlətləri arasındakı münaqişə ilə əlaqədar olaraq boru təminatında çətinliklər yaranmışdır. Bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir”,-deyə o əlavə edib.