Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir.
"Unikal" xəbər verir ki, avqustun 1-dən Qazax Olimpiya İdman Kompleksində başlayan "Gənclər düşərgəsi"ndə 15-25 yaş arası 80 nəfərə yaxın gənc iştirak edib.
“Gənclər düşərgəsi”nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.
Avqustun 4-də "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerləri ilə tanış olub, rayon haqqında dolğun məlumatlar əldə ediblər.
Avqustun 5-də isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb.