Xerson vilayətinin Kaxovski rayonuna ruslar tərəfindən təyin edilmiş qondarma “Mərkəzi Təhlükəsizlik Agentliyinin rəis müavini” Vitali Guruya “sui-qəsd” təşkil olunub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Vitali Gur naməlum şəxslər tərəfindən güllələnib.
“Naməlum şəxslər, ehtimal ki, Makarovun tapançası ilə Guru güllələyiblər. Hücum yerində qumbaraatandan partlayıcı gilizlər tapılıb”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, ukraynalı xalq depuatı Oleksiy Honçarenko özünün "Telegram" kanalında Gurun sui-qəsdə məruz qalmasını belə şərh edib:
"Ruslar necə də şanssızdırlar. Novaya Kaxovkanın işğal administrasiyası rəhbərinin müavini Vitali Quru bu gün güllələnib. Xəyanətkarın vəziyyəti çox ağırdır, inşallah öləcək”.
Qeyd edək ki, daha bir yüksək vəzifəli əməkdaş – “Xerson vilayətinin administrasiyasının rəhbəri” Vladimir Sald ağır vəziyyətdə Moskvaya göndərilib. Həkimlərin qeyri-rəsmi məlumatına görə, Saldo zəhərlənib.
Gülayə Mecid