Bakı-Qazax yolunda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, qəzanı törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.

***

08:41

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil Sadıqov Samir Zirəddin oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov