“Final” komandasının sevilən aparıcı Zaur Baxşəliyevlə ilə birlikdə bölgə ziyarətləri tam sürətlə davam edir. Hər həftə sonu Azərbaycanımızın müxtəlif bölgələrini ziyarət edən bu sevilən yağ markası, sakinlərin qapısını döyərək, qapısını onların üzünə açan ailələrin qonağı olur.
"Unikal" xəbər verir ki, ənənələrinə sadiq qalan komanda onları qonaq edən, evində “Final” olan, #bizimevdəfinal deyən hər kəsə, nəzərdə tutulan hədiyyə verir.
Bu dəfə “Final” ailəsi Zaur Baxşəliyev ilə birlikdə, təbiəti kimi insanları da rəngarəng olan Masallı bölgələsində qonaq oldu. Hər səfərlərində olduğu kimi bu dəfə də yurdumuzun insanları onlara qonaqpərvərlik göstərdilər. “Final” ailəsi də söz verdiyi kimi evində “Final” yağı olan hər kəsə hədiyyələrini təqdim etdi.
Hələ ölkəmizin gəzilməyən, ziyarət edilməyən bir çox bölgələri “Final” komandasını gözləyir. Komanda yorulmadan rayonlarımızı, şəhərlərimizi gəzməyə, evində “Final” olan sakinlərə hədiyyələr verməyə davam edəcək.
Növbəti səfərlərdə sizin qapınız da döyülə bilər. Evinizə “Final” alın, “Final”ı izləmədə qalın!