Misli Premyer Liqasında I tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son günündə bir oyun baş tutub.
Günün yeganə matçı Tovuzda keçirilib. Premyer Liqada debüt edən “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib.
Matç gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Qərblilər ilk hissənin ortalarında azlıqda qalıb.
“Qəbələ”nin üstünlüyü yalnız ikinci hissədə hesabda əksini tapıb. Öncə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 5 dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmlədib - 2:0.
Qeyd edək ki, II turun matçları avqustun 12-14-də keçiriləcək.