Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonu Çinarlı İcra nümayəndəliyində əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı qəsəbə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Qeyd olunub ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir.