Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri olan gimnastlar V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.
"Unikal" xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə təsnifat mərhələsi baş tutub.
Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında finala vəsiqə qazanıblar.
Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da final mərhələsinə adlayıblar.