"Neftçi" Azərbaycan Premyer Liqasında 9 il 9 aydan sonra bir oyunda 5 qol vurub.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" 2-ci turda "Kəpəz"i 5:2 hesabıyla məğlub edib.
Paytaxt təmsilçisi sonuncu dəfə 2012/2013 mövsümündə 5 və daha çox qola imza atıb. 3557 gün əvvəl - 2012-ci il noyabrın 17-də öz meydanında “Sumqayıt”la qarşılaşan “Neftçi” 8:1 hesabıyla qalib gəlib.
Həmin oyundan sonra paytaxt təmsilçisi bir matçda 4-dən çox top vura bilməmişdi.
Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.