ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı sosial media hesabında paylaşım edib.
"Unikal" xəbər verir ki, Tramp FTB-nin onun evində axtarış apararkən onun 3 pasportunu oğurladığını iddia edib.
"Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur", - Tramp tvitter hesabında yazıb.
Bildirək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb.
Gülayə Mecid