Pakistanın Bəhavalpur şəhəri yaxınlığında neft tankeri ilə avtobusun toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Lahordan Kəraçiyə gedən sərnişin avtobusu Bəhavalpur şəhəri yaxınlığında idarəetməni itirərək neft tankeri ilə toqquşub.
Qəzadan sonra bölgəyə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Gülayə Mecid