Əməkdar artist Cavanşir Məmmədov "Xəbər-ətər" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə bəzi açıqlamalar verib. Belə ki, o, qalmaqallı açıqlamalar verən Əli Mirəliyevin tərəfini tutub:
"Radioda qulaq asıram, Xalq artistidir, amma düz oxumur. Düz oxumursa, Xalq artisti, qardaşım, dayım oğlu fərq etmir. Yazıq Əli Mirəliyev danışanda onu güllə-borana tuturlar. Amma düz danışır. Sözünü o qədər əsəbi deyir ki, səhv anlayırlar. İndi hər şeyi toyla ölçürlər. Toyu televiziyaya gətirmək olmaz. Kütləni öz arxanca aparmalısan. Tamaşaçıya xidmək etmək lazımdır. Toya xidmət edəndə də sənət itir, batır".