Ukrayna ABŞ və Norveçdən göndəriləcək yeni hərbi yardımı müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabında məlumat verib.
"ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə gözəl söhbət oldu. Biz hazırkı təhlükəsizlik vəziyyətini, döyüş meydanında yaranan yeni ehtiyacları və Ukrayna ordusunun imkanlarını gücləndirmək yollarını müzakirə etdik. Tezliklə ABŞ-dan daha çox yardım gələcək", - Reznikov vurğulayıb. .
Qeyd edək ki, oxşar müzakirələr Norveçin müdafiə naziri Byorn Arild Qram ilə də aparılıb.
Ağarza Elçinoğlu