Abdullah Öcalandan sensasion açıqlama: “Ərdoğanı hakimiyyəti biz vermişik”
14:48 01-03-2013
CƏMİYYƏT
Sülh və Demokratiya Partiyası(BDP) heyətinin İmralıda terrorçu PKK təşkilatının lideri Abdullah Öcalan ilə etdiyi görüşüç protokolları “Milliyet” qəzeti tərəfindən yayımlanıb.Publika.Az-ın qəzetə istinadən verdiyi xəbərə görə, AKP-yə iqtidarı qızıl nimçədə təqdim etdiklərini deyən A.Öcalan hökumətə qarşı bir sıra ittihamlar səsləndirib.
Ümumilikdə, görüşdə diqqət çəkən ən maraqlı hissələri təqdim edirik.
Bizə təşəkkür etmədilər
A.Öcalan:
-Özümə qəzəblənirəm, 2001-2004-cü illərdə aksiyalara kəsdik. Hökumət anlamadı, “terror bitdi” dedilər. Hörmətli Altan (BDP heyətindəki Altan Tan), islamçıların 40 illik yuxusunu reallaşdırdıq. AKP-ə iqtidarı qızıl teştdə təqdim etdik. Bizə təşəkkür etmədilər, əksinə ikinci Atatürk roluna girərək daha çox üstümüzə gəldilər, əzməyə çalışdılar. Mənim demokratik meyarlarım var, bunu izah etdik, bir də baxdıq ki, AKP hegemonluq qurmaq istəyir. “PKK-nı bitirəcəyik” deyərək 10 min adamı həbs etdilər.
Ərdoğanın prezidentliyini dəstəkləyirik
A.Öcalan:
-Prezidentlik sistemi düşünülə bilər. Tayyib bəyin prezidentliyini dəstəkləyirik. Prezidentlik də, parlament də ABŞ-dakı kimi ola bilər.
Nə ev dustaqlığı, nə də əfv... Bunlara gərək qalmayacaq, hamımız azad olacağıq. Bu olmazsa 50 min adamla xalq döyüşü olacaq. Ölən öləcək, mən qarışmayacağam. Hər kəs bilməlidir ki, nə keçmişdəki kimi yaşayacağıq, nə də keçmişdəki kimi döyüşəcəyik. Məsuliyyəti üzərinə götürə bilmərəm. Proses uğursuz olsa, “Apo öldü” deyəcəksiniz. Mən yoxam, BDP və PKK-nın məndən istifadə etməsinə icazə vermərəm.
“Vətəndaşlıq maddəsini yazdırıram”
Sirri Süreyya:
-Konstitusiyada ən böyük mübahisə vətəndaşlıq tərifi ilə bağlıdır. Kandil deyr ki, kürd xalqının varlığı mütləq qeyd edilməlidir, çünki, azlıqlar deyildikdə müsəlman olmayanlar başa düşülür.
A.Öcalan:
-Vətəndaşlıq maddəsini sənə yazdırıram, “Azad iradəsi ilə Türkiyə cümhuriyyətinə bağlılığını ifadə edən hər kəs Türkiyənin vətəndaşıdır”.
Novruzda açıqlayacağam
A.Öcalan:
-Mən 3 mərhələ və 10 qanun təklif edirəm. Bunları Qəndilə və Avropaya aparacaqsınız. Öz aranızda bölgü apararaq Kandil və Avropaya bu görüşü izah edin. Daha əvvəl 3 həftə demişdim amma 2 həftə ərzində cavablar gələrsə, fikirlərimi ümumiləşdirə bilərəm. BDP həmsədrləri ilə görüşsəm, yaxşı olar.
Əgər eşbaşkanlara rəftar davam etsə yenə bu heyət gəlir. Planımı Novruzda elan etmək istəyirəm.
İmralı protokolları Ankarada zəlzələ təsiri yaratdı
AKP-li millət vəkili Mehmed Metiner görüş protokollarının mətbuata sızmasına “Bu Oslodakı kimi prosesi sabotaj etməyə yönəlik bir sızdırmadır. Əgər Öcalana aid ifadələr doğrudursa, Oslodan daha betər bir skandalla qarşı-qarşıya qalacağımız qənaətindəyəm", - şəklində reaksiya verib. BDP-dən isə "Biz sızdırmadıq, hökumət günahkarları ortaya çıxarmalı” açıqlaması gəlib. Müxalifət isə AKP-ni PKK qarşısında diz çökməklə günahlandırdı. Görüş protokollarının mətbuata sızmasına reaksiyalar aşağıdakı kimi olub.
Mədəniyyət və Turizm Naziri Ömər Çelik: Bu ifadələrin çoxu onu yayanların fərziyyəsidir. Müxalifət
partiyalarının da bu prosesdə məsuliyyəti böyükdür. Bir müxalifət partiyası liderinin rəsmi sənəd kimi şərh etməsi də fərziyyələrə cavab verməkdən başqa şey deyil.
AKP-li millet vekili Məhmed Metiner:
-Bu, ikinci Oslo skandalıdır. Öcalana aid ifadələr doğrudursa, Osladon daha betər bir skandalla qarşı-qarşıya qalacağımızı güman edirəm. Öcalanın söylədiklərini qəbul etmək mümkün deyil. Yol xəritəsinə uyğun hərəkət edilməsə, yeni bir vətəndaş müharibəsini başlayacağını söyləyir. Bu, təhdid və şantajdır.
CHP-li millət vəkili Məhərrəm İncə:
-Türk vətəndaşlığı və türk milləti anlayışını konstitusiyadan çıxarmaq istəyirlər. CHP olaraq AKP-PKK konstitusiyasına, Tayyib-Öcalan ittifaqına imkan verməyəcəyik.
MHP-li millət vəkili Oktay Vural:
-Atatürkün qurduğu dövlət, Öcalanla yeni bir respublika qurma iddiasına qədər gəldi. Bu şərhləri birbaşa olaraq baş nazir verdirib. AKP-nin Öcalan ilə rejim dəyişikliyini müzakirə etdiyini görürük. AKP-yə hakimiyyəti biz verdik deyir, deməli prezidentlik müzakirələrini də Öcalanla edilir. İmralı AKP-nin həmsədri sifətinə qədər
yüksəldi.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50