Bu gün batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna” sularda xilasetmə məntəsinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.