Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəza törədib. 

"Unikal" xəbər verir ki, 99-YP-457 dövlət nömrə nişanlı "BMW" markalı YPX avtomobili "KİA" markalı maşına, ikinci nəqliyyat vasitəsi isə öz növbəsində “Mercedes” markalı maşına çırpılıb. 

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.