Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli sexin dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı 50 m² sahədə və ətrafında 500 m² sahədə məişət tullantıları yanıb.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.