Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.
Bu barədə "Unikal"-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.