Bərdədə yenidoğulan körpə xəstəxanada ölüb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.