Onlayn qaydada əldə edilən COVİD-19 PZR analizi nəticələrinin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, ötən ay COVİD əleyhinə vaksinasiya üçün ümumilikdə 32 253 növbə götürülüb.
Bunun 29 212-si Biontech/Pfizer, 2 979-u Coronavac, 62-si isə Sputnik V vaksini üçün olub.