Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. 1976-cı il təvəllüdlü Asif Alıyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A.Alıyev əvvəlcə qəsdən avtomobillə vurulub, daha sonra döyülüb.

Fakt araşdırılır.

Tural Əhmədov