Ağdaşda kanalda meyit tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş şəhərinin İstiqlal küçəsində baş verib. Belə ki, 1970-ci il təvəllüdlü rayon sakini Musayeva Xədicə İmambala qızının meyiti ərazidən keçən su kanalında aşkar edilib.

Qadının intihar etdiyi ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ehtiram Muradov