Rusiyanın Novosibirsk vilayətinin Toquçinski rayonundan olan deputat Roman Yanov Almaniyadan poçt vasitəsilə narkotik sifariş edib.
"Unikal" xəbər verir ki, bu barədə Novosibirsk şəhərinin Kalininski rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Zərfin içində poçt şöbəsində Novosibirsk gömrüyündə narkotik qaçaqmalçılığı ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən müsadirə edilmiş LSD (liserqamid ailəsindən olan yarı sintetik psixoaktiv maddə) narkotik vasitələri olduğu qeyd olunub.
Qeyd edək ki, adıçəkilən deputat narkotik vasitəni almaq üçün 2022-ci il fevralın 4-də sifariş verərərk onlayn pul ödənişi edib.
Qeyd olunur ki, Yanov barəsində cinayət işi avqustun 24-də məhkəməyə gedib. Deputat iki maddə ilə ittiham olunur. Onun işi üzrə məhkəmə iclası sentyabrın 6-na təyin edilib.
Ağarza Elçinoğlu