Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, rayonun Kovlar kəndində ferma ərazisində ümumi sahəsi 2500 m² olan dəmir konstruksiyalardan ibarət talvarın qamışdan ibarət tavanı 1640 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.