Dünyada koronavirusa yoluxma hallarının sayı 600 milyona çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb. Qeyd olunub ki, indiyədək 6 milyon 480 min nəfər COVID-19 nəticəsində dünyasını dəyişib. Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 118 milyon peyvənd vurulub.