Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nümayəndə heyəti gələn həftə Zaporojye AES-ə gedəcək.
"Unikal" "New York Times"a istinadən xəbər verir ki, artıq AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub.
Qəzet yazır ki, nümayəndə heyətinə AEBA-nın direktoru Rafael Qrossi rəhbərlik edəcək. Missiyada iştirak edəcək 13 ekspert isə neytral ölkələrin nümayəndələrindən təşkil olunub. Heyətdə ABŞ və Britaniya nümayəndələri yer almır.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir.