Türkiyədə turist avtobusu qəzaya uğrayıb.

"Unikal"-ın “Haberler” portalına istinadən verdiyi xəbərə görə, Bursanın İnegöl rayonunda 47 turistin olduğu avtobus dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar var.