Tovuzda azyaşlının ölümü ilə nəticələnən qəza baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov