Avqustun 28-də Boqotada keçirilən ən böyük konsert dünya rekordu qırıb.
"Unikal" xəbər verir ki, Cənubi Amerikada Boqotada Filarmonik Orkestrinin bir araya gətirdiyi 16.000-ə yaxın musiqiçi, müğənni və uşaq xoru Boqotadakı Simon Bolivar Metropolitan Parkında dünyanın ən böyük konsertini verərək dünya rekordu qırıb.
Boqota Filarmonik Orkestrinin bir araya gətirdiyi 16.000-ə yaxın musiqiçi, müğənni və uşaq xoru, digərləri ilə yanaşı, Bethovenin 9-cu simfoniyasını və əslən Puerto-Rikolu "Calle 13" qrupundan olan, sosial və siyasi tənqidi sözləri ilə məşhur olan "Latın Amerikası"nı ifa edib.