Gürcüstandakı Vazianidəki 4-cü Piyada Briqadasının poliqonunda “Layiqli tərəfdaş 2022” çoxmillətli təlimlərinin rəsmi açılışı olub . 

"Unikal" xəbər verir ki, Beynəlxalq təlimin açılış mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, təlimdə iştirak edən ölkələrin hərbi attaşeləri, o cümlədən NATO-nun əsas qrupunun, NATO Əlaqə Ofisinin və Aİ-nin Monitorinq Missiyasının nümayəndələri iştirak ediblər.

“Gürcüstan altıncı dəfə “Layiqli tərəfdaş 2022” çoxmillətli hərbi təlimlərə ev sahibliyi edir. Beynəlxalq təlimlərə NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir.

Layiqli Tərəfdaş 2022-nin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Bu il təlimdə ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcək. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir.

Builki çoxmillətli təlimlərin iştirakçıları: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşanın çoxmillətli briqadası - Ukrayna və İsveç Silahlı Qüvvələri”, - məlumatda deyilir.