Bu gün Türkiyənin Afyonkarahisar bölgəsində Böyük Hücumun 100-cü ildönümü münasibəti ilə çıxış edən prezident Ərdoğan, imam hatip müridləri ilə bağlı dediklərinə görə həbs edilən, bu gün isə ev dustaqlığına buraxılan Gülşəndən danışıb.
"Unikal“ xəbər verir ki, prezidentin sözlərinə görə, millətin müqəddəslərini təhqir edənlər hesaba çəkilməkdən xilas ola bilməyəcəklər.
2023-cü il seçkiləri ilə bağlı iddialı açıqlamalar verən prezident Ərdoğan, “İnanıram ki, 2023-cü il bizim üçün bir daha qələbə ili olacaq”-deyə bildirib.