“Qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov Rusiyada saxlanılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Albert Rıjiy" kimi tanınan “qanuni oğru” ötən ilin aprelində Moskvada güllələnib.
Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. O, kriminal aləmdə "Namik Bakinski" kimi tanınır.
Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.